[b]Abbasqulu bəyin nəvəsi vəfat edib[/b]
05 dekabr 2016 12:44 (UTC +04:00)

[b]Abbasqulu bəyin nəvəsi vəfat edib[/b]

 

Abbasqulu Bəy Şadlinskinin nəvəsi Qənirə Şadlinskaya vəfat edib.

 

Lent.az-ın məlumatına görə, Abbasqulu bəyin oğlu İsfəndiyar Şadlinskinin böyük qızı Qənirə Şadlinskaya uzun illər İmişli rayonunda pedaqoji fəaliyyətlə məşğul olub.

 

Uzun sürən xəstəliklərdən sonra dekabrın 3-də 73 yaşında vəfat edən və İmişlidə dəfn olunan Qənirə Şadlinskaya peşəkar pedaqoq olmaqla yanaşı, həm də 5 övlad (Cahangir, İlham, İradə, Arzu və Ülkər) anası idi. Həyat yoldaşı gənc yaşlarında rəhmətə gedən Abbasqulu bəyin nəvəsi öz zəhmətkeşliyi ilə övladlarını böyüdüb. Hazırda Q. Şadlinskayanın qızları Ülkər və Arzu analarının yolunu davam etdirir.

 

Allah rəhmət eləsin. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar