"Sağlam böyüyən gənclik" layihəsi çərçivəsində təlim keçirilir
14 dekabr 2016 16:23 (UTC +04:00)

"Sağlam böyüyən gənclik" layihəsi çərçivəsində təlim keçirilir

 

 

Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam Böyüyən Gənclik" layihəsi çərçivəsində Gəncə şəhərində təlim keçirib.

 

Birliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin əsas məqsədi gəncləri reproduktiv sağlamlıq haqqında maarifləndirmək, infeksion xəstəliklər haqqında biliklərini artırmaq, gəncləri sağlam yaşam tərzinin təbliğinə cəlb etməkdir.


Tədbirdə Gəncə Şəhəri İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Azərbaycan Gənclər Fondunun təmsilçisi Ülvi Adıgözəlov, Gənc Vətəndaş ictimai birliyinin idarə heyəti üzvü Aqil Alışov, Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icracı direktoru Günel Səfərova, yerli televiziya nümayəndələri iştirak edib.

 

 

Günel Səfərova maarifləndirici  və dünya praktikasında həyata keçirilən innovativ layihələr, infeksion xəstəliklərin qarşısının alınma yolları, ailə planlaşdırması və sağlam həyat tərzi barədə gənclərə məlumat verib. O vurğulayıb ki, Gənclər Fondu gənclərin regionda aktivliyinin artması üçün şərait yaradır və gənclərin bu imkandan yararlanması faydalı olar.

 

G. Səfərova bildirib ki, layihə çərçivəsində 2 sosial reklam hazırlanacaq. Bu sosial çarxlar vasitəsilə gənclərə sağlam böyümək üçün xüsusi mesajlar veriləcək.
Eyni zamanda internet saytın yaradılacağını deyən icraçı direktor  saytda gənclərin sağlamlıqla bağlı suallarının cavablandırılacağını vurğulayıb.


İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov Gəncə Şəhər İcra Hakimiyyətinin gənclərin fəaliyyəti üçün yaratdığı imkanlardan və şəhərdə həyata keçirilən layihələrdən danışıb,  Avropa Gənclər paytaxtı olan Gəncənin həyatında gənclərin önəmli rol aldığını vurğulayıb.


Daha sonra Azərbaycan Gənclər Fondunun nümayəndəsi Ülvi Məmmədov Azərbaycanda gənclər siyasəti, Gənclər fondunun effektli fəaliyyəti və tədbirin mahiyyəti barədə məlumat verib. O qeyd edib ki, Gənclər Fondu gənclər üçün ən yaxşı fürsətdi və hal-hazırda gənclərin potensiallarının üzə çıxması üçün şərait də var. Fond fərdi gənclərin layihələr icra etməsinə imkan yaradır.


Gənc Vətəndaş ictimai birliyinin üzvü Aqil Alışov isə gənclərə sağlam yaşam tərzi barəsində məlumat verib: "Azərbaycan Gəncləri yalnız fiziki deyil, düşüncə cəhətdən də sağlam olmalıdırlar.Bunun üçün təhsil vacib şərtdir".
 

Bildirək ki, "Sağlam böyüyən gənclik" layihəsi fevralın 5-də yekunlaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar