“Yaxın Şərqdəki hadisələr Azərbaycanda təkrarlanmayacaq”
26 dekabr 2014 15:55 (UTC +04:00)

“Yaxın Şərqdəki hadisələr Azərbaycanda təkrarlanmayacaq”

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik” adlı növbəti tədbirini Kürdəmir şəhərində keçirib. Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, qloballaşan dünyada adət-ənənələrin yaşadılması çox vacibdir. Onun sözlərinə görə, milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası bu gün bizlərin üzərinə düşür: “Xüsusilə gənclərin milli adət-ənənlərinə sahib durması söy-kökünə sayğıdan, diqqətdən başqa, həm də bu məmləkətin varlığını özündə ehtiva edir. Əminəm ki, vaxtilə bizim qoruyub saxladığımız milli adətlər, mənəvi dəyərlər bugünkü gənclərimiz tərəfindən gələcək nəsillərə ötürüləcək”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, bu gün milli adət-ənənələrlə yanaşı, həm də mənəvi dəyərlərin  mühafizə olunmasına, layiqincə yaşadılmasına ehtiyac var. Onun sözlərinə görə, gənclərin şovinist, uydurma deyil, həqiqi mənəvi dəyərlərə sahib olması dövlətçiliyimizin daha da möhkəmlənməsinə gətirib çıxaracaq: “Bu gün məhz xalqımızın böyüklüyü və müdrikliyi sayəsində Yaxın Şərqdəki qanlı hadisələr heç vaxt Azərbaycanda olmayıb və təkrarlanmayacaq. Təbii ki, bu işdə ölkə rəhbərliyi ilə yanaşı, aidiyyatı dövlət qurumlarının da özünəməxsus yeri və rolu var. Ölkə vətəndaşları olaraq biz dəyəri, qiyməti bəlli olmayan milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizi qorumalıyıq, mühafizə etməliyik”.

Sonda Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbə müdiri Nizami Məmmədov və rayon ziyalıları çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar