“Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib
20 dekabr 2016 16:14 (UTC +04:00)

“Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib

0

 

Dekabrın 20-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Balakən Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

 

Xidmətdən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ordu quruculuğu prosesində əldə edilmiş uğurlu nəticələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə müsbət təsir etdiyini bildirib.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun regionun ən qüdrətli ordusu kimi işğal edilmiş torpaqları azad etməyə hər an hazır olduğunu qeyd edib.

 

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev isə çıxışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə hazırlanması sahəsində həyata keçirdiyi işlərdən danışıb.

 

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, gənclərin hərbi xidmətə hazırlanması daim müvafiq strukturların diqqət mərkəzindədir və bu işlərə dövlət tərəfindən ciddi nəzarət olunur.

 

Tədbirdə şəhid ailələrinin, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar