“İnşaatçılar” stansiyasının I vestibülü bağlanacaq
18 yanvar 2017 11:06 (UTC +04:00)

“İnşaatçılar” stansiyasının I vestibülü bağlanacaq

 

"Bakı metropoliteni"nin “İnşaatçılar” stansiyasının I vestibülü (ATS tərəf) yanvarın 23-də saat 06:00-dan etibarən 3 ədəd eskalatorun yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. Metropolitenin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, II vestibül (“20 Yanvar” tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.
 

1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olub. Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb.

 

Məlumat üçün bildirək ki, 2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunub və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilib. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq.

I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər. “Bakı Metropoliteni” QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar