“Gənc Bələdçi” layihəsi başa çatıb
23 yanvar 2017 17:48 (UTC +04:00)

“Gənc Bələdçi” layihəsi başa çatıb

 

Azəri Gənclər Alyansı Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənc Bələdçi” layihəsini uğurla başa çatdırıb.

Lent.az-ın məlumatına görə, layihə çərçivəsində sonuncu tədbir Sumqayit şəhərində baş tutub. Sumqayıtda həyata keçirilən təlimlərdə 30 nəfər fəal gəncə bələdçilik bilikləri aşılanıb.

 AR-nın Mədəniyyət və Turizm nazirliyinin bələdçi hazırlığı üzrə milli koordinatoru Sakina Əsgərovanın rəhbərliyi ilə həyata keçirilən təlimlər Sumqayıt gənclərinin böyük marağına səbəb olub və onlar nəzəri, eyni zamanda praktiki biliklərə yiyələniblər.

Bildirək ki,  “Gənc Bələdçi” təlimlərinin keçirilməsində məqsəd gənclərə turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklərin artırılması, həm yerli, həm də xarici turistlərlə kommunikasiyanın düzgün qurulması və ölkəmizin multikural dəyərlərinin xarici turistlərə düzgün çatdırılmasıdır.

4 gün davam edən təlimlərdə layihə rəhbəri, Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli gəncləri turizm sahəsində fəal olmağa çağırıb, eləcə də milli-mədəni irsin xarici qonaqlara düzgün çatdırılması ilə bağlı tövsiyələrini verib.

 

Təlim başa çatdıqdan iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Azəri Gənclər Alyansının Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənc Bələdçi” layihəsi 3 ay ərzində davam edib və layihə müddətində Bakı və Sumqayıt şəhərlərində bütövlükdə 70 nəfər gəncə bələdçiliklə bağlı nəzəri-praktik biliklər öyrədilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar