“Dövlət qulluqçularının etik davranışında problemlər var”
22 iyun 2015 11:21 (UTC +04:00)

“Dövlət qulluqçularının etik davranışında problemlər var”

 

“Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin son variantını Nazirlər Kabinetinə təqdim etmişik. Belə məcəllə səhv etmirəmsə iki və ya üç ölkədə var. Biz istəyirik ki, Azərbaycanında da Dövlət Qulluğu Məcəlləsi olsun”.

 

APA-nın xəbərinə görə bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

 

Komissiya sədri bildirib ki, məcəllə qəbul olunacağı təqdirdə Dövlət Qulluğu sahəsində böyük irəliləyiş əldə olunacaq.

 

B. Xəlilov qeyd edib ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə bəzi dövlət orqanları ciddi yanaşmayıb: “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi hətta inkişaf etmiş ölkələrdə risklə qarşılanır. Biz bu işin vacibliyini nəzərə alıb təlimlər keçirdik və Azərbaycana uyğun olan təcrübəni tətbiq etdik. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları 2014-cü ildə təsdiqlənib. Bu işdə müəyyən qədər subyektivlik var. Hazırda bütün dövlət orqanlarında qiymətləndirmə aparılır. Hansı dövlət orqanları bu işə ciddi yanaşıb, hansı ciddi yanaşmayıb bu barədə mənim məlumatım var. Adını açıqlamayacağam, bir icra hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin ən aşağı qiyməti 5 ballıq sistemdə 4,6 balla qiymətləndirilmişdi. Bu, qeyri-mümkündür. Deməli, onlar bu işə ciddi yanaşmayıblar. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi asan məsələ deyil. Bu bizə ilk növbədə dövlət qulluqçularının güclü və zəif tərəflərini müəyyən etməyə imkan verir. Qiymətləndirmə isə karyera yüksəlişi üçün vasitədir. Bu işdə kimin kimdənsə xoşu gəlmir prinsipi ilə hərəkət etmək olmaz”.

 

Komissiya sədri onu da əlavə edib ki, dövlət qulluğu sahəsində etik davranışla bağlı müəyyən problemlər var: “Biz vətəndaşlara xidməti yüksək səviyyədə göstərməliyik. Dövlət qulluğu ilə bağlı standartlar var və hər kəs bu standartlara əməl etməlidir. Vətəndaşlar xidmətdən məmnun qalmalıdır. Təəssüf ki, bu məsələdə bir sıra problemlər var. İnanıram ki, gələcəkdə bu sahədə problemlər azalacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34