Ekstremizmlə məşğul olan dini qurumlar ləğv olunacaq - SƏRƏNCAM
12 dekabr 2016 15:37 (UTC +04:00)

Ekstremizmlə məşğul olan dini qurumlar ləğv olunacaq - SƏRƏNCAM

0

Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:

 

1. İkinci hissəyə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilib:

“3-1) dini ekstremist fəaliyyətlə məşğul olma;”

 

2. Aşağıdakı məzmunda dördüncü hissə əlavə edilib:

“Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar