“Diaqnostik qiymətləndirmədən 0 bal toplayan müəllim olmayıb” – <span style="color:red;">RƏSMİ
28 dekabr 2016 14:51 (UTC +04:00)

“Diaqnostik qiymətləndirmədən 0 bal toplayan müəllim olmayıb” – RƏSMİ

0

 

Artıq bir neçə gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə 0 bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir.

 

Təhsil Nazirliyinin  İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Lent.az-a bildirib ki, paylaşılan  bu məlumatların heç bir  rəsmi istinad mənbəyi yoxdur və həqiqəti əks etdirmir. 
 

Qurum rəsmisi onu da əlavə edib ki,  2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub: “ Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur”.

 

C.Valehov qeyd edib ki, eyni zamanda bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi 0 bal olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar