“Biz UNEC tələbəsi olmaq istəyirik”
10 yanvar 2017 17:12 (UTC +04:00)

“Biz UNEC tələbəsi olmaq istəyirik”

 

 

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının təşəbbüsü ilə "Ulduz" Hazırlıq Mərkəzinin dinləyiciləri UNEC-də olublar. 

 

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC ərazisində təşkil edilən infoturda şagirdlərə Marketinq kafedrasının müəllimi, rektorun köməkçisi Ramil Cabbarov bələdçilik edib. Onlara UNEC-də təhsil imkanları, ixtisaslar, ikili diplom proqramları barədə ətraflı məlumat verib.

Şagirdlər UNEC-də təşkil edilən qış imtahan sessiyasının gedişi ilə də tanış olublar. Yazılı və test üsulu ilə keçirilən imtahan prosesini müşahidə edən abituriyentlər tələbə biliyinin obyektiv qiymətləndirilməsini müsbət dəyərləndirərək, gələcəkdə UNEC tələbəsi olmaq istədiklərini bildiriblər. Onlar əsasən maliyyə ixtisasında təhsil almaqda maraqlı olduqlarını vurğulayıblar.

"Erasmus+" mübadilə proqramı çərçivəsində Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-da (İnterational School of Business and Management) bir semestrlik təhsilini başa vurub UNEC-ə qayıdan Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Faiq Xasayev şagirdlərə UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb: “Qrup yoldaşlarımla birlikdə üç mərhələli müsabiqəni uğurla keçərək, Fransanın Leon şəhərində bir semestr təhsil aldıq. Bu müddət ərzində həm də özüm üçün Fransanı kəşf etdim, tarixi və mədəniyyəti ilə tanış oldum. Bu imkanı mənə UNEC yaratdı. Buna görə doğma universitetimə minnətdaram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar