“Azərişıq” ötən il 35 yarımstansiya tikib
18 yanvar 2017 11:11 (UTC +04:00)

“Azərişıq” ötən il 35 yarımstansiya tikib

İstehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2016-cı il ərzində də iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirib. “Azərişıq” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayon mərkəzlərində,  qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün  yararsız, istismar müddəti başa çatmış avadanlıqlar müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib. 

 

 

Şabran rayonunda 2x16 mVA gücündə “Rəhimli”, Lənkaranda “Lənkaran-1”, Şəkidə “Cəfərabad”, Ağsuda “Ağsu”, Zaqatalada “Bəhmədli”, Goranboyda “Kürəkçay”, Qazaxda “Daş Salahlı”, Masallıda “Tüklə”, Saatlıda  “Sarıcalar”, Samuxda “Yenikənd” olmaqla, 10 ədəd 110 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir tipli avadanlıqlarla təchiz olunub. Abşeron, Quba, Neftçala, Sumqayıt, Lənkaran, Şəki, Zaqatala, İmişli, Zərdab, Tərtər, Bərdə, Ucar, Ağdaş, Ağstafa, Gədəbəy, Qazax, Lerik, Beyləqan, Ağcabədi, Ağdam, Göygöl, Samux, Hacıqabul, Şabran, Yevlax, Salyan, Mingəçevir, Cəlilabad, Daşkəsən, Astara şəhər və rayonlarında olmaqla, ümumilikdə 35 ədəd 35 kV-luq yarımstansiya tikilib və yenidən qurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar