“Azərişıq” ASC-dən daha bir yenilik
20 dekabr 2016 11:18 (UTC +04:00)

“Azərişıq” ASC-dən daha bir yenilik

0

“Azərişıq” ASC ilə “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyətindən üç ilə yaxın vaxt keçir. 2014-cü ilin may ayından etibarən Bakı şəhərində və 2015-ci ilin aprel ayından isə  regionlar daxil 11 “ASAN Xidmət” mərkəzlərində 172.243  nəfərdən çox abonentin müraciəti qəbul edilmiş və bu müraciətlər qısa müddətdə  həll olunub. ASC-dən Lent.az-a verilən məlumata görə, bu günlərdə formalaşdırılması səyyar “ASAN Xidmət” vasitəsi ilə Cəlilabad rayonun bir sıra kəndlərində elektrik sayğacı quraşdırmaq istəyən vətəndaşların müraciətlərinə ən qısa vaxt müddətində baxılması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqi və bütün əməliyyatların “bir pəncərə” prinsipi əsasında həyata keçirilib.

 

Əvvəllər evlərinə elektrik xətti çəkmək və elektrik sayğacı quraşdırmaq məqsədilə 10 gün müddətinə alınan texniki şərt səyyar xidmətlə bir saat ərzində əldə edilib və iki günə 68 nəfərə xidmət göstərilib. Rayon sakinləri ilk dəfə həyata keçirilən bu layihədən razılıqlarını bildiriblər.

 

“Asan xidmət” mərkəzlərində abunəçilər;

 

Ø  Borcun olmamasına dair arayışın verilməsi

 

Ø  Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi

 

Ø  Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması

 

Ø  Smart kartların bərpası və yenisinin verilməsi

 

Ø  Qeyri əhali qrup istehlakçıları üçün üzləşmə aktının verilməsi

 

Ø  Borcun araşdırılması

 

xidmətlərindən yararlana bilirlər.

 

Texniki şərt almaq istəyən yeni abunəçilər üçün yaranan vaxt itkisinə son qoymaqla yanaşı, tez bir zamanda evlərə elektrik enerjisinin verilməsini təmin edilib. “ASAN Xidmət” vasitəsi ilə əhaliyə səyyar xidməti digər rayonlarda da davam etdiriləcək. Onu da qeyd etmək lazımdır ki, yaradılmış elektron xidmətlərdən abonetlər mənzillərindən ayrılmadan “Azərişıq” ASC-nin rəsmi internet səhifəsi üzərindən və  Elektron Hökumət Portalı vasitəsi ilə təqdim edilən elektron xidmətlərimizdən də faydalana bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar