“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib
18 yanvar 2017 11:09 (UTC +04:00)

“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

0

Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq “ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib. Xidmətdən Lent.az-a verilən məlumata görə, bu dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.

 

Belə ki, bundan sonra “ASAN xidmət” mərkəzləri həftənin bazar günü saat 10.00-dan 14.00-dək vətəndaşlara xidmət göstərəcək, “ASAN Kommunal” mərkəzində isə bazar günü qeyri-iş günü olacaq.

 

Vətəndaşlar ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar