"AMEA-nın professoru” elmi adı təsis edildi
18 yanvar 2017 17:25 (UTC +04:00)

"AMEA-nın professoru” elmi adı təsis edildi



Bu gün AMEA Rəyasət Heyətinin iclasında milli  və beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə etmiş, uzun illər ərzində AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə “AMEA-nın professoru” elmi adının təsis edilməsi haqqında qərar qəbul edilib.



AMEA-nın mətbuat xidmətindən Lent.az-a  verilən məlumata görə, AMEA-nın prezidenti Akif Əlizadə alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin layiqincə qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini, yeni fəxri ad, diplom və mükafatların təsis edildiyini vurğulayıb.



A.Əlizadə bildirib ki, “Akademik professor” elmi adının təsis edilməsinin beynəlxalq təcrübəyə əsaslandığını və yüksək elmi nailiyyətlər əldə etmiş alimlərin əməyinin stimullaşdırılması məqsədi daşıyır.

 

İclasda  elmi adın Əsasnaməsinin hazırlanması üçün İşçi qrupu yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar