“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanun dəyişdirildi
21 yanvar 2017 15:59 (UTC +04:00)

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanun dəyişdirildi

Prezident İlham “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 483-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

 

1. 3-cü maddənin birinci hissəsinin 4-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:

“5) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi.”.

2. 7-ci maddə üzrə:

2.1. adına “yaşayan” sözündən sonra “, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış” sözləri əlavə edilsin;

2.2. birinci cümləyə “icazə” sözündən sonra “və ya qaçqın statusu” sözləri, “verilərkən” sözündən sonra isə “, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən” sözləri əlavə edilsin;

2.3. ikinci cümləyə “vəsiqəsində” sözündən sonra “, qaçqın vəsiqəsində, habelə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda” sözləri əlavə edilsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar