“Multikultural dəyərlərin inkişafında QHT-lərin rolu" mövzusunda konfrans keçirilib
28 noyabr 2016 12:17 (UTC +04:00)

“Multikultural dəyərlərin inkişafında QHT-lərin rolu" mövzusunda konfrans keçirilib

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Zaqatala şəhərində, Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlərin inkişafında QHT-lərin rolu və onların üzərinə düşən vəzifələr" mövzusunda konfrans keçirib.

 

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini İlqar Vəliyev qeyd edib ki, multikultural dəyərlərə sadiqliyi ilə dünyaya nümunə olan Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunması tamamilə təbiidir: “ Bu il mədəni müxtəlifliyin, tolerantlığın təbliği, tədqiqi və gələcək nəsillərə çatdırılması istiqamətində keçirilən konfranslar, dəyirmi masalar, mədəni-kütləvi tədbirlərdə on minlərlə insan iştirak edib. Azərbaycanın həmçinin ev sahibliyi etdiyi çoxsaylı beynəlxalq tədbirlərin iştirakçıları müxtəlif millətlərin və dini konfensiyaların nümayəndələrinin min illər boyu dinc, sülh şəraitində yanaşı yaşamasının şahidi olub, ölkəmizdən xoş təəssüratlarla ayrılıblar”.

 

 Şura Katibliyinin məsləhətçisi Həsən Səmədov Şuranın milli donor kimi vətəndaş cəmiyyətinin formalaşmasında rolunun böyük olduğunu, qrant müsabiqələrinin mövzularının hər il təkmilləşdirildiyini, ölkənin daxili və xarici siyasətinin prioritet mövzuları ilə zənginləşdirildiyini bildirib.

H. Səmədov 2016-cı ildə Şuranın dəstəyi ilə multikulturalizm mövzusunda 22 layihənin həyata keçirildiyini deyib və onlar haqqında konfrans iştirakçılarına geniş məlumat verib.

Bundan  başqa, “Yeni Fikir”Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva, Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının rayon komitəsinin sədri Sona Qazıyeva, rayon Ağsaqqallar Şurasının sədri Ənvər Kərimov, İqtisad Universitetinin Zaqatala filialının direktoru Orucəli Rzayev, Zaqatala şəhər bələdiyyəsinin sədri Nurəli Əhmədov və digər şəxslər çıxışlarında Azərbaycanda mövcud olan multikultural mühitin əhəmiyyətini vurğulayıblar.

 

Qusar rayonunun Heydər Əliyev Mərkəzində keçirilən konfransda Şura Katibliyinin məsləhətçisi Həsən Səmədov, Quba Regional Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev, Heydər Əliyev Mərkəzinin rəhbəri Neva Abdurrəhmanova və ictimaiyyət nümayəndələri çıxışlarında vətəndaşların ictimai şüurunda multikultural ideyaların mühüm yer tutduğunu və həyat tərzinə çevrildiyini, dövlətimizin multikultural münasibətlərin inkişafı yönündə atdığı addımların davamlı xarakter daşıdığını da vurğulayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar