“İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı tədbir keçirilib
20 fevral 2017 17:22 (UTC +04:00)

“İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı tədbir keçirilib

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirlərə start verib. Birlikdən Lent.az-a verilən məlumata görə, “Yeni Üfüq” layihə çərçivəsində ilk tədbirini Qax Olimpiya İdman Kompleksində keçirib.

 

Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, prezident İlham Əliyev ölkəmizdə 2017 - ci ili “İslam Həmrəyliyi ili” elan edib: “Bu ilin “İslam Həmrəyliyi ili” kimi elan olunması tarixi, milli və mənəvi ənənələrin birbaşa dövlət başçısı tərəfindən himayə olunmasının bir daha sübutudur. Bununla yanaşı, İslam həmrəyliyinin qorunması ölkədə sabitliyin və əmin-amanlığın davamlı zəmanətidir. Bu həmrəylik mədəniyyətlərin və sivilizasiyaların dialoqunun ən yüksək zirvəsidir”.

 

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli tədbirdə çıxış edərək bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi münaqişə və müharibələrin tüğyan etdiyi dünyaya Azərbaycanın növbəti sülh mesajının olduğunu deyib: “Bütün  müsəlman ölkələrində məzhəblərarası münasibətlərin qızışdırıldığı bir dövrdə Azərbaycanda mövcud olan tarixi İslam həmrəylinin dövlətimiz tərəfindən qorunaraq, mühafizə olunması xalqımızın əmin- amanlığının əbədi qarantiyasıdır. Unutmamalıyıq ki, işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasında dini və milli həmrəylimizin qorunması da ən başlıca prinsiplərdən biridir.

 

Tədbirdə Qax rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai - siyasi və  humanitar məsələlər şöbəsinin müdir müavini Nəzriməhəmməd Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qax rayonu üzrə təmsilçisi Tərlan Nəzərov və rayon ictimaiyyəti iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar