<font color=red>&#174; </font>Bakı əhalisinin yarıdan çoxu düzgün qidalanmır
10 fevral 2017 11:45 (UTC +04:00)

® Bakı əhalisinin yarıdan çoxu düzgün qidalanmır

Fevralın 8-də “Sağlam qidalanma və kliniki tədqiqat” mövzusunda mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı şəhərindəki dövlət xəstəxanaları və poliklinikalarında keçirilmiş tədqiqatın nəticələri açıqlanıb. 
 
Konfransda Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, Mərkəzi Neftçilər Xəstəxanası terapiya şöbəsinin müdiri Ədalət Abdullayev, və çoxsaylı KİV nümayəndələri iştirak edib. 
 
Tədbirin moderatoru tanınmış radio aparıcısı İlahə Şıxlinskaya sağlam həyat tərzinin vacibliyindən bəhs edib. O, son vaxtlar insanlar arasında sağlam həyat tərzi keçirməyin bir dəb halını aldığını deyib. Aparıcı sosial şəbəkələrdə tez-tez rast gəlinən paylaşımların idman zalları, piyada yerimək, bol miqdarda su içmək, siqaretdən imtinayla bağlı olduğunu vurğulayıb. Bunun tədqirəlayiq hal olduğunu bildirən moderator sağlam həyat tərzi keçirməyin yolları arasında son vaxtlar Aktivia məhsullarının da yer aldığını açıqlayıb. 
 
Daha sonra aparıcı bu mövzunu davam etdirmək üçün sözü tibb elmləri üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva verib. Həkim bir ay ərzində Bakı şəhərinin 10 xəstəxana və poliklinikasında (Mərkəzi Neftçilər xəstəxanası, 1, 4, 5, 6, 8, 26 saylı şəhər poliklinikaları, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Beynəlxalq Hava Limanının Aviasiya poliklinikası və Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası) həzm sistemi və köpmə problemlərinin tədqiq edildiyini deyib: “Tədqiqatda 366 şəxs iştirak edib. Tədqiqatda 18-72 yaş arası 10 nəfər Bakı sakinindən 7-nin pis qidalandığı, konkret olaraq isə düzgün qidalanma rejiminə riayət olunmaması, gün ərzində lazım olan miqdarda maye qəbul edilməməsi və həzm prosesinə mənfi təsir göstərən digər amillər aşkar olunub. Vaxtaşırı olaraq bu cür tədbirlərin keçirilməsi və əhali arasında düzgün qidalanma ilə bağlı maarifləndirici işlərin aparılması vacibdir. Rəyi soruşulanların demək olar ki, 90%-də bağırsaq tranziti sürətlənmiş, köp və qaz əmələ gəlmə simptomları azalmış, bağırsaq narahatlığı simptomu əhəmiyyətli dərəcədə azalmış və tamamilə keçib getmişdir. Beləliklə, əldə olunan nəticələrə əsasən, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyası bağırsaq narahatlığı simptomları olan pasiyentlərə Aktivia məhsullarından istifadəni tövsiyə edir”. 
 
Həzm sistemi problemlərinin tədqiq edilməsi terapiya şöbəsinin müdiri Ədalət Abdullayevin rəhbərliyi ilə aparılıb. Tədqiqat barədə ətraflı məlumat verən Ə. Abdullayev bildirib ki, tədqiqatda iştirak edənlərin 76%-nin düzgün qidalanmadığı aşkar olunub: “Həmin şəxslərin gündə 1 qab Aktivia qəbul etməklə 14 gündən sonrakı nəticələri bu cür olub: qəbizliyə meylli bağırsağın funksional pozulması problemi olan 89% şəxsin yeməkdən sonra vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, müvafiq olaraq 97% və 95% şəxsin köpmə hissi olmayıb və qaz əmələ gəlməyib, 95% şəxsin həzm prosesi ümumi olaraq yaxşılaşıb. Bu fakt isə   Aktivia - nın effektiv olduğunu sübut edir”.  
 
Aktivia - nın həzm prosesinə təsirini öyrənmək məqsədilə tədqiqatda iştirak edən şəxslərə 14 gün ərzində Aktivia məhsullarından istifadə etmələri təklif olunub. Nəticədə Aktivia - nı 8 gün istifadədən sonra köp problemlərinə, 14 gün istifadədən sonra mədə-bağırsaq sisteminin işləməsinə müsbət təsir göstərdiyi müəyyən edilib.  
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar