102 tələbəyə kredit verilib
11 noyabr 2016 18:18 (UTC +04:00)

102 tələbəyə kredit verilib

 

Azərbaycanda tələbələrə təhsil kreditlərinin verilməsi üçün “Maarifçi” Tələbə Kredit Fondunun növbəti elan sessiyası artıq başa çatıb.

 

Fonddan Lent.az-ın  sorğusuna cavab olaraq bildirilib ki, “Maarifçi” Tələbə Kredit Fondunun 1-31 oktyabr tarixli ikinci elan sessiyasına 12 universitetdən  121 tələbə müraciət edib və 80 təhsil krediti müqaviləsi imzalanıb.

 

Qeyd edək ki, bu il üzrə tələbələr üçün iki elan sessiyası (I elan sessiyası 3 - 25 iyun, II elan sessiyası isə 1 - 31 oktyabr) keçirilib. Ümumilikdə bu il müraciətlər seçim meyarlarına əsasən dəyərləndirilərək 102 təhsil krediti müqaviləsi imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Fərizə Əhmədova

Oxşar yazılar