<b>8 yaşdan yuxarı 18 uşaq I sinfə qeydiyyatdan keçib</b>
30 mart 2017 13:28 (UTC +04:00)

8 yaşdan yuxarı 18 uşaq I sinfə qeydiyyatdan keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi martın 15-dən bu günə kimi I sinfə qəbulla bağlı elektron müraciət edən 8 yaşdan yuxarı və 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərində tamam olan uşaqların sayını açıqlayıb.

 

BŞTİ-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 30 mart tarixli (saat 10:00) məlumata görə, Bakıda 8 yaşdan yuxarı 18 uşaq, 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərində tamam olan 3114 uşaq mektebeqebul.edu.az saytı vasitəsilə I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib. 

 

Qeyd edilib ki, 6 yaşı tamam olmayan uşaqların 2768 nəfəri məktəbəhazırlıq qruplarında təlim keçən uşaqlar olduğuna görə onlar müsahibəyə cəlb olunmayacaq.

 

Bildirək ki, I sinfə şagird qəbuluna martın 15-dən start verilib.  Proses sentyabrın 15-ə kimi davam edəcək.

 

Nəzərinizə çatdıraq ki,  uşağın yaşı 8-i ötübsə, həmin uşağın valideyni mektebeqebul.edu.az saytına daxil olaraq qeydiyyatdan keçməli və həftənin 1-ci və 4-cü günləri həm özünün, həm də uşağının şəxsiyyət vəsiqəsi ilə BŞTİ-ə yaxınlaşmalıdır. Valideynlər uşaqlarını da özləri ilə gətirməlidir. Yaşı 8-dən yuxarı olan uşaqlar fərdi təhsilə cəlb olunacaqlar.

 

Bundan başqa, 6 yaşı 16 sentyabr - 31 dekabr tarixlərində tamam olan uşaq məktəbəqədər hazırlıq kursunda təhsil alıbsa, dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaq.

 

Ümumi təhsil məktəbinin I sinfinə 2017-ci il sentyabrın 15-nə kimi 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321

Oxşar yazılar

"Sea Breeze" yolunda YENİ QAYDALAR

"Sea Breeze" yolunda YENİ QAYDALAR

16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri:  36 min avroya satıldı

Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı

16 iyul 2025 , 16:03
Həftə sonu  41 dərəcə isti   olacaq

Həftə sonu 41 dərəcə isti olacaq

16 iyul 2025 , 15:58
Sabah da çimərlik havası  olacaq - PROQNOZ

Sabah da çimərlik havası olacaq - PROQNOZ

16 iyul 2025 , 14:21
Əllərdə  sarımsaq qoxusu,   fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə  həll edin

Əllərdə sarımsaq qoxusu, fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə həll edin

16 iyul 2025 , 13:52
Küləklə  bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

16 iyul 2025 , 13:19
40 dərəcə isti olacaq,  bu yerlərə leysan yağacaq  - Sabahın HAVASI

40 dərəcə isti olacaq, bu yerlərə leysan yağacaq - Sabahın HAVASI

16 iyul 2025 , 12:33
Bu rayonlara leysan yağır  - Faktiki HAVA

Bu rayonlara leysan yağır - Faktiki HAVA

16 iyul 2025 , 10:41