Paytaxtın marşrut şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində 7 nömrəli müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti dayandırılıb. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, qeyd edilən marşrutun fəaliyyətinin dayandırılmasının sərnişinlərə təsirini minimuma endirmək üçün Bakı Nəqliyyat Agentliyi həmin xətt üzrə hərəkət edən marşrutların müvəqqəti istismarçılarına avtobuslarının sayının artırılaraq sərnişin axınına uyğun nizamlanmalarını tapşırıb.
Qeyd edək ki, 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 9-cu mikrorayon Həmzə Babaşov küçəsindən Füzuli meydanı Şəmsi Bədəlbəyli küçəsi, eləcə də əks istiqamətdə hərəkət edirdi. Bu istiqamətdə gedib-gələn sərnişinlər 18 nömrəli müntəzəm şəhərdaxili marşrutundan istifadə edə bilərlər.