2016-cı ildə Azərbaycanda məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb.
Lent.az xəbər verir ki, 2016-cı ilə dair təhsil xronikasında qeyd edilib ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.
Bundan başqa, 2016-2017- ci tədris ilindən ölkənin 5 şəhər və 36 rayonu üzrə 124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunub. Təhsil Nazirliyi tərəfindən 8 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir.
Bildirək ki, ötən il ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.