350 minə qədər məcburi köçkün mənzil növbəsindədir-<span style="color:red;"> Komitə sədri
25 yanvar 2017 12:01 (UTC +04:00)

350 minə qədər məcburi köçkün mənzil növbəsindədir- Komitə sədri

Hazırda 350 minə qədər məcburi köçkün mənzil şəraitinin  yaxşılaşdırılmasını gözləyirlər.

Lent.az-ın məlumatına görə, bunu Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Günün nəbzi” verilişinə müsahibəsində deyib.

Bakıda 115 qəzalı bina olduğunu deyən Ə.Həsənov bildirib ki, həmin binaların 55-i haqqında Fövqəladə Hallar Nazirliyi ( FHN) texniki rəy verib ki, bu binalar qəzalıdır və hər an uçma təhlükəsi ola bilər.

 

“Bu yaxınlarda dövlət başçısının verdiyi qərara əsasən, artıq həmin binaların bir neçə aydan sonra köçürülməsinə və qənaət yolu ilə yeni binaların tikintisinə başlanacaq. Binaları tikmək üçün artıq yerlər seçmişik. Müşfiqabad, Masazır, Ramanada yerləşən qəsəbədə, bundan başqa. Qaradağda Ümid qəsəbəsində bu tikinti işlərinə başlanacaq”, -deyə Ə.Həsənov əlavə edib.

 

 

Komitə sədri bildirib ki, hazırda 200 min məcburi köçkün daimi işlə,  100 mini mövsümi işlə təmin edilib. 80 min məcburi köçkün işsizdir ki, onların da işlə təmin edilməsi istiqamətində işlər görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Fərizə Əhmədova

Oxşar yazılar