2017-ci ilin dövlət büdcəsi bizə nə verəcək?
30 noyabr 2016 20:41 (UTC +04:00)

2017-ci ilin dövlət büdcəsi bizə nə verəcək?

APA TV-nin “Manşet” proqramının bugünkü mövzusu Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi, həmçinin qaz və işığın qiymətinin artırılması ilə bağlıdır. Millət vəkili Zahid Oruc və iqtisadçı-ekspert Fikrət Yusifov aparıcı İlham Tumasın suallarını cavablandırıblar.

 

Zahid Oruc

 

- Bu gün hökumət düşüb Beynəlxalq  Bankın sağlamlaşdırılmasının üstünə və bunun üçün milyonlarla vəsait xərcləyir. Axı, vətəndaşın günahı nədir ki,  ölkənin milyardalarını mənimsəyiblər və hökumət də indi onun oğurlanan vəsaitlər nəticəsində bankda yaranmış problemi aradan qaldırmaq istəyir?  Belə olmaz axı! Nəyə görə, vətəndaşla banklar qarşı-qarşıya qoyulsun? Hökumət bu sahədə məsələni həll etməlidir.

 

- Azərbaycan məmur sayına görə, dünyada öncül yerlərdən birini tutur. Axı, illər öncə bunu deyəndə niyə qulaqardına vurulurdu?  Bu, ona görə deyilirdi ki, islahatlarla ölkənin inkişafına nail olunsun.

 

- Filizi, transformatoru, qazı, elektrik enerjisini Azərbaycan özü istehsal etdiyi halda enerjinin qiymətinin artırılmasına nə lüzum var idi? Bu, əlavə problemlər yaradacaq.

 

Fikrət Yusifov

 

İqtisadi böhranın mövcud olduğu bir dönəmdə enerjidaşıyıcıların qiymətlərində artımların baş verəcəyi gözlənilən idi. Əslində, belə qiymət artımları böhranın mahiyyətindən irəli gəlir və qaçılmaz olur.

- Qaz istehlakçısı olan əhali il ərzində istifadə etdiyi 1500 kubmetr qaza görə ödənişi indiyə qədər mövcud olan tariflərlə - yəni 1 kubmetr üçün 10 qəpik hesabı ilə həyata keçirəcək. İl ərzində 1500 kubmetrdən artıq istifadə olunan qaza görə ödəniləcək haqq isə iki dəfə artıq, yəni 1 kubmetr üçün 20 qəpik olacaq. Eyni qayda ilə ay ərzində 250 kilovat ellektrik enerjisi istifadə edən vətəndaş, hər kilovat üçün köhnə tariflərlə - yəni 1 kilovat üçün 7 qəpik ödəyəcək. O, ay ərzində bu limiti aşarsa, onda hər kilovat üçün 11 qəpik ödəməli olacaq.

 

- Dövlət Neft Şirkətinin rəsmi məlumatlarına görə hal-hazırda ölkə əhalisinin 62 faizinin qaz istehlakı illik 1500 kubmetr həddini keçmir. Eyni qayda ilə “Azərişıq” ASC-ndən əldə etdiyimiz məlumata görə əhalinin 75 faizinin aylıq elektrik enerji sərfiyyatı 250 kilovat saatdan çox deyil. Deməli, orta hesabla qaz və işığın qiymətindəki dəyişikliklər əhalinin təxminən 70 faizinə aid olmayacaq.

 

- Razılaşaq ki, biz çox az hallarda qənaət haqqında düşünə bilirik. Qənaət haqqında düşünə bilmədiyimizi sübut edən kifayət qədər “yaxşı” nümunələrimiz var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar