15 mindən çox uşaq bulvarda pulsuz atraksiona minib
30 dekabr 2016 17:50 (UTC +04:00)

15 mindən çox uşaq bulvarda pulsuz atraksiona minib

0

Bu gün  Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə Milli parkda atraksionlardan, qatarlardan və gəmi gəzintisindən pulsuz istifadə aksiyası təşkil edilib.

 

İdarədən Lent.az-a verilən məlumata görə, yaşı 15-ə qədər olan uşaqlara səhər saat 10:00-dan 14:00-dək bulvardakı atraksionlardan, qatarlardan və sərnişin gəmisindən pulsuz istifadə haqqı verilib. Aksiyada bütövlükdə 15 mindən çox insan iştirak edib və aksiyadan yararlanıb.

 

Ümumilikdə aksiyada 4 qatardan, “Qorxulu Ev”, “Sinema 7D”, “Kosmos”, “Uçan boşqab”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” adlı atraksionlardan, 2 avtodrom, uşaq povliyonu, 2 karnavaldan və 1 “Mirvari” gəzinti gəmisi istifadə olunub.

 

Bildirilib ki, aksiyada vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə İdarə əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və tədbir uğurla reallaşıb. 

 

Qeyd edilib ki, Dənizkənarı Bulvar İdarəsi tərəfindən gələcək də bu tipli sosial aksiyaların həyata keçirilməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar