1400-dən artıq müəllim qiymətləndirilib
22 noyabr 2016 15:02 (UTC +04:00)

1400-dən artıq müəllim qiymətləndirilib

 

Bakı şəhəri üzrə 8 mərkəzdə fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdə iştirak etmiş müəllimlərin qiymətləndirilməsi keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ( BŞTİ) Lent.az-a verilən məlumata görə, qiymətləndirmə Xəzər və Pirallahı rayonları üzrə 26, Suraxanı rayonu üzrə 114, Sabunçu rayonu üzrə 252, Xətai və Nizami rayonları üzrə 220, Binəqədi rayonu üzrə 276, Nəsimi və Nərimanov rayonları üzrə 258, Qaradağ rayonu üzrə 139, Yasamal və Səbail rayonları üzrə isə 60 nömrəli tam orta məktəbdə təşkil olunub.

Qeyd edək ki, təhsil nazirinin “Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə” əmrinə əsasən, I-IX siniflərdə dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları təşkil edilib.

 

Təlimlərdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərlə yanaşı, məcburi köçkün, özəl və digər dövlət məktəblərində dərs deyən müəllimlər də iştirak ediblər.   

      

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə 1400-dən artıq müəllim iştirak edib. Qiymətləndirmənin nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar