5 vəkilin fəaliyyətinə XİTAM VERİLİB
27 noyabr 2025 17:53 (UTC +04:00)

5 vəkilin fəaliyyətinə XİTAM VERİLİB

0

Son iki ayda bir neçə vəkilin fəaliyyətinə xitam verilib. Bu xitamlar Vəkillər Kollegiyasının iclasında qərara alınıb və ictimaiyyətə açıqlanıb. Lakin onların konkret olaraq, hansı xətaya yol verdikləri isə bəlli deyil.

Vəkillər Kollegiyasından Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin 11 ayı ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müvafiq intizam icraatları üzrə yol verdikləri ciddi pozuntulara görə 5 nəfər vəkilin fəaliyyəti dayandırılmaqla Kollegiyanın üzvlüyündən xaric olunması qərara alınıb.

"Onlardan 4 nəfəri fiziki və hüquqi şəxslərin müraciətləri əsasında başlanılmış intizam icraatları, 1 nəfəri isə qeyri-dövlət orqnlarından daxil olmuş müraciətlə bağlı olub".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar