Uşaq bağçasında “donuz əti” problemi necə həll edildi? - ÖZƏL
10 fevral 2021 18:15 (UTC +04:00)

Uşaq bağçasında “donuz əti” problemi necə həll edildi? - ÖZƏL

“Əgər sənin xoşuna gəlmirsə, bu ölkədən çıx get. Sən bizə nə yeyəcəyimiz haqqında ağıl verəcəksən? Bizi də özün kimi müsəlman etmək istəyirsən?”

Bu sözləri Rusiyanın Yaroslavl şəhərində 22 il vəkil kimi fəaliyyət göstərən İmaməddin Alasova deyirlər. Yaroslavl vilayətində 233 saylı körpələr evində uşaqlara donuz əti verilirmiş. Bu vəziyyətdən narahat olan qırğız əsilli, Rusiya vətəndaşı Tillabayeva Tursunay Səmərbəkova adlı qadın dəfələrlə rəhbərliyə etirazını bildirir. Amma şikayətinə baxan olmur. Belə olduqda, Tursunay 3 yaşlı körpəsinin hüquqlarını qorumaq üçün azərbaycanlı vəkil İmaməddin Alasaova müraciət edir. İlk olaraq problemi sosial şəbəkədə də qabardan vəkilin ünvanına yerli sakinlər kobud ifadələr səsləndirirlər:

“Sən bizə nə yeyəcəyimiz haqqında ağıl verəcəksən? Bizi də özün kimi müsəlman etmək istəyirsən? Əgər sənin xoşuna gəlmirsə, bu ölkədən çıx get”.

Vəkil İmaməddin Lent.az-ın əməkdaşıyla söhbətində bildirib ki, Rusiyanın Səhiyyə Nazirliyinin müvafiq qaydasına əsasən, uşaqlar 7 yaşından sonra donuz əti ilə qidalana bilər:

“Bağça rəhbəri məsələnin bu qədər böyüyəcəyini, 3 yaşlı köpənin hüquqlarının bərpa ediləcəyini gözləmirdi. Əslində mən, təkcə müsəlman uşaqların deyil, xristian dininə mənsub uşaqların hüquqlarını müdafiə etdim. Məsələ ilə bağlı Rusiyada aidiyyatı üzrə bütün dövlət orqanlarına müraciət ünvanladım. Bu hadisənin belə səs-küy yaradacağını təsəvvür belə etməzdim. Müsəlman, xristian fərqi olmadan, mən insanların hüquqlarını müdafiə edirəm”.

Vəkil deyir ki, sonda haqq-ədalət bərpa olunub. Artıq bağçada uşaqlara donuz ətindən hazırlanmış yeməklər verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4827
avatar

Nigar Adil

Oxşar yazılar