Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu toyların keçirilməsi üçün icazə alınması ilə bağlı mövcud olan tələbin ləğv olunub-olunmaması ilə bağlıdır.
Rubrikamızın sualına Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavab verib:
"Sabahdan şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı, saat 00:00-dan gec olmamaqla, qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb ləğv olunacaq".