Sumqayıtda 8 aylıq hamilə  qadın komaya düşüb öldü
26 fevral 2026 14:57 (UTC +04:00)

Sumqayıtda 8 aylıq hamilə qadın komaya düşüb öldü

0

Sumqayıtda 32 həftəlik hamilə qadın vəfat edib.

Sumqayıt Tibb Mərkəzindən Lent.az-a bildirilib ki, fevralın 26-sı gecə saat 2:00-da 30 yaşlı qadın mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Pasiyentə naməlum mənşəli komatoz vəziyyət, aqonal hal diaqnozları təyin edilib və zəruri tibbi yardım göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq onun saat 02:30-da bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbləri təşrihin nəticələrindən sonra məlum olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar