Stalin Lənkərana niyə getmişdi? - TARİX
25 oktyabr 2021 17:37 (UTC +04:00)

Stalin Lənkərana niyə getmişdi? - TARİX

İnqilab üçün pul lazımdır, deyirlər. Elə Lenin də belə düşünürdü. O, gözlə anlayırdı ki, çar rejiminin devrilməsi üçün pula ehtiyac var. Məhz o səbəbdən “Koba” kimilər köməyə gəlirdi. 

“Koba” onun çoxsaylı inqilabçı ləqəblərindən biriydi. Təbii ki o dedikdə İosif Stalindən söhbət gedir. O Stalin ki onu Azərbaycanla, Bakıyla çox şey bağlayırdı. Bir neçə dəfə bu şəhərdə həbsdə yatmışdı. Hətta onun məşhur Bayıl həbsxanasının 39-cu kamerasından qaçdığı da deyilir...

20-ci əsrin ilk illərində Bakı silahlı qarət, soyğunçuluq, quldurluqla məşğul olan inqilabçıların əsas məkanlarından briydi. Bakıda cinayət yolu ilə toplanan pullar RSDFP-nin, Lenin partiyasının ehtiyaclarının ödənilməsinə gedirdi.

1903-cü ildə, 25 yaşlı “Koba” da elə bu məqsədlə Bakıya gəlir. O, Bakıda banklara, poçt qatarlarına və neft mədəni sahiblərinə qarşı silah qarətlər həyata keçirir. Bir çox tarixi mənbələrdə Stalinin milyonçu Musa Nağıyevi girov götürərək külli miqdarda pul müqabilində sərbəst buraxması haqda da söhbətlər gəzir.

Stalin Azərbaycanda bir neçə dəfə həbsə düşüb. Əksəriyyəti də Bakıda. Amma o, bir dəfə Lənkəranda da həbsdə yatmağa da imkan tapıb. Yeri gəlmişkən, ona qarşı açılan ilk cinayət işi də elə Lənkəran bankının qarəti olub. Lənkəran həbsxanasına Stalin poçt qatarına silahlı qarətin təşkili ilə bağlı düşür. Amma həbsdə çox qalmır, qaça bilir.

Lent.az-ın məlumatına görə, Dairəvi Qalada – ona Zindan qalası da – deyirlər cəza çəkən Stalin yeraltı yolla Lənkəran mayakına gedib çıxar. Tarixi mənbələrdə mayakla Qalanı birləşdirən gizli yol barədə məlumatlar var. 

Həbdən qaçandan sonra Stalin gəmiylə Bakıya getmək istəyir. Amma yolda fikrindən daşınır. Salyanda gəmidən düşür. Bakıya bir neçə gün sonra başqa gəmiylə yollanır. Burada isə onu yenidən həbs gözləyirdi. Amma o, bu dəfə də qaçacaqdı...

# 10092
avatar

Səbuhi Sədəf

Oxşar yazılar