Sosial yardım almaq üçün ŞƏRTLƏR və SƏNƏDLƏR
25 noyabr 2021 12:16 (UTC +04:00)

Sosial yardım almaq üçün ŞƏRTLƏR və SƏNƏDLƏR

"Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs, belə şəxs olmadıqda isə qəyyum sosial yardımın alınması üçün müraciət edə bilər".

Bu sözləri Lent.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

Bəs, ÜDSY almaq üçün necə müraciət etmək lazımdır?

Rəşad Mehdili bildirir ki, bu zaman yaşayış yeri üzrə ailə tərkibi haqqında arayış alınaraq notariusa təmsilçilik ərizəsinin alınması üçün müraciət edilir: "Daha sonra notarius tərəfindən təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərir.

ÜDSY-nin təyin olunması üçün müraciətlərə hansı müddətə baxılır və bu yardım hansı müddətə təyin olunur?

Onun sözlərinə görə, sosial yardımın alınması üçün müraciətlər əvvəlcə elektron sistem tərəfindən 15 iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə müvafiq qərar çıxarılır:

“Əgər elektron sistem tərəfindən ailənin sosial yardım almağa uyğunluğu müəyyən edilərsə, bu halda ailənin ərizə bəyannaməsində göstərdiyi məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən yerində yoxlanılır. Göstərilən məlumatlar təsdiqini taparsa, ailəyə sosial yardım təyin edilir. Ünvanlı dövlət sosial yardımı müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur”.

# 37134
avatar

Aytəkin Cəlali

Oxşar yazılar