“Şır-Şır Kafe”
10 mart 2021 11:55 (UTC +04:00)

“Şır-Şır Kafe”

“Şır-Şır Kafe”si bağlandı - SƏBƏB

Ağdam rayonu, Quzanlı qəsəbəsi, H. Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Kamalzadə Hafiz Ramiz oğluna məxsus “Şır-Şır Kafe” ictimai iaşə müəssisəsində yoxlama keçirilib. 

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinə cavab vermədiyi məlum olub. 

Qida məhsullarının saxlanma rejiminə, mal qonşuluğu prinsipinə əməl olunmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi aşkar edilib. Eyni zamanda müəssisədə çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

“Şır-Şır Kafe”

 

“Şır-Şır Kafe”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3129
avatar

Nigar Adil

Oxşar yazılar