Qar örtüyünün hündürlüyü 48 sm. oldu - FAKTİKİ HAVA
25 fevral 2021 10:31 (UTC +04:00)

Qar örtüyünün hündürlüyü 48 sm. oldu - FAKTİKİ HAVA

Bu saatlara olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, şimal-qərb küləyi tədricən 10-14 m/s-dək mülayimləşib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü  2.5 metrədək aşağı enib.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 48, Qubada 20, Altıağacda 19, İsmayıllı, Lerikdə 18, Daşkəsəndə 16, Şirvan, Ağsu, Qəbələ, Qobustanda 14, Oğuz, Xaltanda 13, Lənkəran, Qrız, Göygöldə 12, Astarada 11, Kişçay (Şəki), Gədəbəydə 9, Tərtərdə 8, Zərdab, Bərdədə 7, Göyçay, Qusar, Gəncə, Yardımlıda 5, Göytəpə, Zaqatala, İmişli, Ağdamda 4, Mingəçevirdə 3, Ağstafa, Şəki, Naftalan, Şəmkir, Ceyrançöldə 2, Kürdəmir, Tovuzda 1, Bakıda 17, Maştağa, Pirallahıda 3 sm olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Nigar Adil

Oxşar yazılar