Qarlı hava şəraiti ilə bağlı Lerikin 45 yaşayış məntəqəsi işıqsız qalıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, ötən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayon ərazisinə 20, dağlarda 35 santimetrdir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub. 2500 abonenti əhatə edən 45 yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayanıb.
Lerik rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev bildirib ki, hazırda həmin kəndlərdə elektrik enerjisinin verilişinin bərpası üçün işlər aparılır.