Qanunsuz ov edənlər saxlanıldı -  FOTO
03 fevral 2021 11:38 (UTC +04:00)

Qanunsuz ov edənlər saxlanıldı - FOTO

Bakı şəhəri və Neftçala rayonunun Xəzər dənizi sahillərində, Şəmkir su anbarında, Kür çayında, Ağcabədi rayonunun daxili su hövzələrində qanunsuz balıq ovlayanlar saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun Lent.az-a verdiyi məlumata görə, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Arif  İskəndərov, Neftçala rayon sakinləri Rövşən Sultanov, Zamin Nağıyev, Elvin Quliyev, Murad Məmmədov, Zahid Əhmədov və Tağı Tağıyev olduğu müəyyənləşdirilib.

Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Azərbaycan Balıqçılar İttifaqı və könüllülərin dəstəyi ilə Mingəçevir su anbarı, Baş Şirvan Kollektoru, Biləsuvar rayonu ərazisindəki daxili su hövzələrində də tədbirlər keçirilib və ümumilikdə 1800 metrdən artıq sintetik tor və digər qanunsuz ov alətləri götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, qanunsuz balıq ovu ilə yanaşı, icazə verilməyən ərazilərdə quş ovuna cəhd edən Ağcabədi rayon sakini Elşad Mirzəyev və Bakı şəhər sakini Azər Quliyev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217
avatar

Nigar Adil

Oxşar yazılar