Qanunda “Tarqovu”da quzu gəzdirmək kimi qadağa yoxdu – MÜTƏXƏSSİS DANIŞDI
05 mart 2021 14:58 (UTC +04:00)

Qanunda “Tarqovu”da quzu gəzdirmək kimi qadağa yoxdu – MÜTƏXƏSSİS DANIŞDI

“Əgər insan saxladığı ev heyvanını havaya çıxarırsa və bu zaman ictimai yerlərdə təmizlik və insanların təhlükəsizlik normalarını pozmursa, burada heç bir qanun pozuntusu yoxdur. Bir çox insanlar depressiyadan çıxmaq, həyatına rəng, pozitivlik qatmaq üçün heyvan sahiblənir. Bu hallara digər sivil ölkələrdə normal yanaşırlar.  Burada heç bir qanun pozuntusu yoxdur”.  

Bu fikirləri Lent.az-a  “Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyin sədr müavini Mənsurə Rəsulzadə deyib. Ötən günlərdə şəhər sakini “Tarqovu”-da quzu gəzdirərkən hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən cərimələnib.  Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu hadisə eyni zamanda suallar yaratdı. 

“Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyin sədr müavini Mənsurə Rəsulzadə

Maraqlıdı, şəhərdə hansısa heyvanı gəzdirmək qanun pozuntusudur?

Mənsurə Rəsluzadə qeyd edir ki, qanunda olmayan qadağalarda vətəndaş mənəvi  səddləri aşmırsa, sərbəstdir:

 “Dövlətin qoyduğu qanunları bilməməzlikdən, müstəsna hallarla rastlaşarkən öz tərəfindən yeni qanun yaradan nümayəndələrlə tez-tez rastlaşırıq. Qardaş Türkiyədə baş verən gündəlik hadisələrə baxsaq, belə hallarda insani hisslərə daha çox güvənərək "ölçü" götürülür. Vətəndaşın bəlkə də depressiya halında müraciət etdiyi bir qurtuluş hədəfi "qanun pozuntusu" kimi qiymət alarsa,  burada mənəvi hüquq pozuntusu baş verir. Biz artıq digər ölkələrə baxdıqda onlara həsrət aparırıq. Hüquq mühafizə orqanları heyvanlara zülm edənlərlə rastlaşdıqda, bunu hüquq pozuntusu kimi qəbul etmir, cəza vermir. Təəssüf ki, bu zaman heyvansevərlər problemi lazimi qədər qabartmalı və hətta yürüş təşkil etməli olurlar. Azərbaycan qanunvericiliyində heyvanlara şiddət göstərilməsini qadağan edən bəndlər var. Hüquq mühafizə orqanlarının bəzi nümayəndələri bundan ya xəbərsizdilər, ya da öz şəxsi düşüncələrini, sərt münasibətlərini göstərirlər. Soyuq qarlı havada canlı inəyin buzladaraq səhərə qədər boynunu ağaca bağlayıb, saxlanılması da qanun pozuntusudur. Polislərin buna reaksiya vermələrini görmədik. Təbii ki, bir çox insanlar, sadə vətəndaşlar sosial media hesablarından öz etirazlarını bildirmişdilər. Lakin, polisin müdaxiləsi olmadan heç bir kimə cərimə yazılmır, hesabat alınmır, xəbərdarlıq olunmur”.
     
Mənsurə Rəsulzadə qeyd edir ki, hər insan neqativ vəziyyətdən çıxmaq üçün nəsə axtarır:
“Heyvanlar daima insanlara depressiyaya qalib gəlməkdə kömək edirlər. Reabiltasiya prosesində heyvanlardan istifadə olunur. Qarşılıqlı olaraq onlar da insanlara bağlanırlar. Təbiətdən və canlı aləmdən və hətta ağaclardan müsbət enerji alırsınızsa, çalışın zamanınızı onlarla keçirəsiniz. İnsanların həyatında heyvanlar əvəzolunmazdır. Bunu mən yox, təbiət deyir. ”.
 
Mənsurə Rəsulzadə qeyd edir ki, qanunda quzu saxlamaq kimi qadağa yoxdu və quzu şəhəri çirkləndirilmədən havaya çıxarılıb:
 
“Qurban bayramında şəhərin müxtəlif yerlərində sürü halında gəzdirilərək kəsilən, şəhəri çirklədirən, daxili orqanları küçələrə səpilən qoyunlara aidiyyatı qurumlar reaksiya vermir. Amma havaya çıxarılan körpə quzuya görə vətəndaşa cərimə yazılır. Cərimə yazılmış sənəddə göstərilən səbəbi mən də, heyvansevərlər də görmək istərdik”.
 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3225
avatar

Nigar Adil

Oxşar yazılar