Novokuznetskdə avtobusda konduktorla yaşlı sərnişin arasında dava düşüb.
Lent.az xarici mediyaya istinadən məlumatına görə, sərnişin avtobusa minərək konduktor üçün nəzərdə tutulan oturacaqda əyləşib. Nəqliyyat işçisi ondan oturacağından qalxmasını istəyəndə mübahisə başlayıb və bu, davaya çevrilib. Bir müddət sonra qadın sakitləşib, lakin konduktor onu çəkməyə başlayanda dava yenidən başlayıb.
Münaqişənin necə bitdiyi barədə məlumat verilmir.