Qadın  ilk dəfə   lotereya oynadı,  varlandı
03 yanvar 2024 13:06 (UTC +04:00)

Qadın ilk dəfə lotereya oynadı, varlandı

Miçiqan (ABŞ) sakini ilk dəfə onlayn lotereya oynamağa cəhd edib və cekpotu vurub.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, əvvəllər heç vaxt onlayn lotereya oynamayıb, lakin ilk bir neçə ilk oyundan sonra ekranda 150.000 dollarlıq inanılmaz uduşunu görüb.

"Mən dərhal şok və həyəcandan boğulmağa başladım! İlk dəfə onlayn oynayaraq qalib gəldiyimə hələ də inana bilmirəm", - amerikalı deyib.

Qalibin sözlərinə görə, o, qazandığı puldan yaxşı istifadə edir. O, bu yaxınlarda kolleci bitirib, ona görə də indi bütün tələbə kreditlərini ödəyə və biznesi üçün başlanğıc kapitalı əldə edə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27939
avatar

Oxşar yazılar