Peyvəndlənən səhiyyə işçilərinin sayı AÇIQLANDI
02 fevral 2021 16:25 (UTC +04:00)

Peyvəndlənən səhiyyə işçilərinin sayı AÇIQLANDI

Səhiyyə işçilərinin 70 faizi peyvəndlənib. 

Lent.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq tibb işçilərinin vaksinasiya prosesi uğurla davam edir.

Strategiyaya uyğun olaraq fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə peyvəndləmənin növbəti mərhələsi başlanılacaq. Bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlar fevralın 5-dən randevu.its.gov.az internet ünvanına daxil olub, qeydiyyatdan keçməklə peyvəndlənmək üçün ən yaxın tibb məntəqəsini seçməsi xahiş olunub. Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilər.

İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq SMS vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar birdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Nigar Adil

Oxşar yazılar