Oruc tutanlara  XƏBƏRDARLIQ:  Koronavirusa yoluxma riskini artırır
02 aprel 2021 12:28 (UTC +04:00)

Oruc tutanlara XƏBƏRDARLIQ: Koronavirusa yoluxma riskini artırır

“Ramazan ayında peyvəndlənmə orucu pozmur. Şəriət hökmlərində yalnız qidanı əvəz edən iynələrdən istifadə etmək orucu poza bilər”.

Bu fikirləri Lent.az-a açıqlamasında Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli bildirib.

İlahiyyatçı Hacı Şahin

İlahiyyatçı qeyd edir ki, müalicə məqsədli və ya peyvəndləmə orucun pozulmasına gətirib çıxarmır:

“Mən özüm peyvənd olmuşam və həmin vaxt oruc tutmuşdum. Heç bir mənfi təsiri də olmadı.

Ümumiyyətlə, insanlar peyvəndlənmə prosesində fəal iştirak etməlidir. Çünki bu virusdan yeganə qorunmağın yolu peyvənddir. Ramazan ayı boyunca da insanlar rahat şəkildə peyvənd oluna bilər. Dinimiz, şəriətimiz bunu qadağan etmir və orucun pozulmasına qəti şəkildə gətirib çıxara bilməz”.

Həkim infeksionist Vüqar Cavadzadə bildirir ki, Ramazan ayında ehtiyatlı olmaq lazımdır:

Həkim, infeksionist Vüqar Cavadzadə

“Yanaşı xəstəliyi olan şəxslər ümumiyyətlə, tibbi cəhətdən oruc tutmamalıdır. Çünki onların xəstəlikləri kəskinləşə bilər. Digər tərəfdən, pandemiya dövründə oruc tutan zaman saatlarla ac qalır və immun sistemi zəifləyir, aşağı düşür. Bu da koronavirus xəstəliyinə yoluxma riskini artırır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6672
avatar

Nigar Adil

Oxşar yazılar