Nikahdankənar doğulan körpədən ailəsi imtina edir
04 iyul 2023 16:00 (UTC +04:00)

Nikahdankənar doğulan körpədən ailəsi imtina edir

Azərbaycanda qadını yeni doğulan körpəsi ilə evə buraxmırlar.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk səhifəsində məlumat verib. Onun sözlərinə görə, körpə 3 gün bundan qabaq dünyaya gəlib. Təşkilat sədri bildirib ki, ana bu gün xəstəxanadan çıxıb evinə getməli idi. Lakin qızın qardaşının sağlamlığı ilə əlaqəli problemləri var deyə, körpəyə xəsarət yetirəcəyindən narahat olan ailə yenidoğulmuş körpəni evə gətirməyə qoymayıb:

“Adını Elin qoyduq...Anası da bizimlədir...Bu gün xəstəxanadan zəng vurdular. Bildirdilər ki, ananı ailəsi qəbul etmir. Bildiriblər ki, uşaqdan imtina et sonra evə gəl...Qadın isə qismən xüsusi qayğılı biridir, uşağına sarılıb imtina etmədi...Gətirdik sığınacağa...Adını ELİN qoyduq...Elin oğlu olsun...”.

Lent.az-ın əldə etdiyi məlumata görə, körpə qeyri-rəsmi nikahdan dünyaya gəlib.

Faktla bağlı hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4302
avatar

Xədicə Novruzova

Oxşar yazılar