Müharibədə iştirak edən həkimlərlə bağlı VACİB ÇAĞIRIŞ
17 iyun 2021 14:20 (UTC +04:00)

Müharibədə iştirak edən həkimlərlə bağlı VACİB ÇAĞIRIŞ

“Səhiyyə Nazirliyində kadr dəyişiklərinə start verilib. Yaxın müddət ərzində islahatlar adı altında səhiyyə sistemi üç hissəyə bölündü: Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Sığorta. Gözləntilərimiz çoxdur”. 

Bu fikirləri Lenta.az-a açıqlamasında həkim, şair- bəstəkar Şahin Musaoğlu bildirib.

Həkim, şair- bəstəkar Şahin Musaoğlu

“Bizim yaralı yerimiz vətəndaşlarımızın tibbi sığortasının hərtərəfli təşkil olunmasıdır. Bu istiqamətdə işlər gedir. Yaxın müddətdə öz həllini tapacağına ümid edirəm”. 

Şahin Musaoğlu da Birinci Qarabağ müharibəsi zamanı hərbi sistemdə həkim kimi çalışıb: 

"1987-ci ildə Tibb Universitetini bitirmişəm. Tale elə gətirdi ki, fəaliyyətimin ilk illəri Birinci Qarabağ müharibəsinə təsadüf etdi. 1998 –ci ilə qədər hərbi sistemdə həkim kimi işləmişəm və həmkarlarımın nə qədər ağır şəraitdə çalışdıqlarının şahidi oldum. O dövr tamam başqa dövür idi. 

44 günlük Vətən müharibəsində sözün böyük mənasında həkimlərimiz həm xilaskarlıq,  həm də fədakarlıq etdilər. Bəlkə səhv edirəm, bu mənim şəxsi fikrimdir, nədənsə müharibə bitəndən sonra fərqlənən, mükafatlandırılanlar arasında həkimləri görmədim. Çox istərdim, bu günlərdə xüsusi olaraq döyüşlərdə bilavasitə döyüşlərdə, ön cəbhədə iştirak edən həkimlərimiz fərqlənsinlər”. 

COVİD-19 pandemiyası zamanı həkimlərimizin fədakarlığını xüsusi qeyd edən Şahin Musaoğlu bildirir ki, bir ildən çoxdu davam edən bu prosesdə onlar gərgin şəraitdə mübarizə aparırlar:

“Təəssüf ki, ölüm hadisələri həkimlərimizdən də yan keçmədi. Heç bir həkim nə Vətən müharibəsi zamanı, nə də COVİD-19 pandemiyası ilə mübarizdən imtina etmədi. Öz adımdan fədakar həkimlərimizin beynəlxalq həkimlər günü münasibəti ilə təbrik edirəm. ”.
 

# 2985
avatar

Nigar Adil

Oxşar yazılar