Müəllimlərin işə qəbulu  üzrə sənəd qəbulu başladı
03 iyun 2026 11:10 (UTC +04:00)

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başladı

0

Bu gün saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra bu gün saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar