Minimum  əmək pensiyası   artırılır: Bu qədər olacaq
01 fevral 2023 13:29 (UTC +04:00)

Minimum əmək pensiyası artırılır: Bu qədər olacaq

Əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək tapşırılmışdı.

Qanun qəbul ediləcəyi təqdirdə 1 fevral 2023-cü ildən qüvvəyə minəcək.

# 14517
avatar

Oxşar yazılar