Milyonçu idi,  bu evdə yaşayırdı:   Var-dövlətini görün  hara verib?
24 noyabr 2023 17:12 (UTC +04:00)

Milyonçu idi, bu evdə yaşayırdı: Var-dövlətini görün hara verib?

İnternet və televizoru olmayan treylerdə yaşayan yaşlı ABŞ sakini dollar milyonçusu olub.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, 82 yaşlı Ceffri Holt həyatının çox hissəsini təxminən dörd min əhalisi olan Nyu-Hempşir ştatının Hinsdeyl şəhərində keçirib. Təkərlər üzərində olan evdə yaşayıb, internetdən istifadə etməyib, maşını da olmayıb. Holt şəhərdə çəmənlikdə otbiçən maşınla hərəkət edib.

İyun ayında ölümündən bir müddət əvvəl kişi ən yaxın dostu Edvin Smitə bir neçə uğurlu sərmayə qoyduğunu və 3,8 milyon dollar sərvətin sahibi olduğunu söyləyib. Holt bu pulla nə edəcəyini soruşub, çünki övladı olmayıb və o, həyat yoldaşından çoxdan boşanıb. Smit dostuna "icma haqqında düşünməyi" söyləyib.

Nəticədə Holt pulu şəhərə vəsiyyət edib və bu, qonşularını heyrətə salıb. "Bütün pullarım şəhərin ehtiyacları üçün getdiyini biləndə şoka düşdüm", - Smit deyib. Şəhər sakinləri bildiriblər ki, Holt çəmənliyi biçməyi çox sevir və tez-tez qonşulara nominal ödənişlə kömək edib. Eyni zamanda qocanın böyük sərvətinin olduğunu heç kim ağlına belə gətirməyib.

Daha sonra Kaliforniyada yaşayan bacısı Elison deyib ki, onlara pulla diqqətli olmağı ataları öyrədib. Qadın həmçinin Holtun disleksiyaya görə uşaqlıqda dərslərini öyrənməkdə çətinlik çəkdiyini, lakin "müəyyən sahələrdə çox ağıllı olduğunu" söyləyib. Holt həyatı boyu tarixlə maraqlanıb və klassik musiqi yazılarını toplayıb. Alison qardaşının onunla heç vaxt pul haqqında danışmadığını, lakin tez-tez köməyə ehtiyacı olub-olmadığını soruşduğunu da vurğulayıb.

Şəhər rəhbərliyi gözlənilməz vəsaiti yerli təşkilatlar üçün qrantlara xərcləmək qərarına gəlib və onlar üçün xüsusi müsabiqə elan edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32328
avatar

Oxşar yazılar