Bakı metropolitenində qatarların hərəkəti ənənəvi iş günləri qrafikinə uyğun tam bərpa olunub və sistem tam gücü ilə fəaliyyət göstərir.
Bu barədə Lent.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindənməlumat verilib.
Bildirilib ki, bütün xətlər üzrə hərəkət stabil təşkil edilir.
Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir.
Texniki sistemlər üzərində nəzarət gücləndirilib, monitorinq fasiləsiz davam edir.