Mayın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə mayın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Mayın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
Mayın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin 10-da güclü xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.