Media şəhidlərinin xatirəsi əbədiləşdirildi -  FOTOLENT
09 iyun 2021 15:05 (UTC +04:00)

Media şəhidlərinin xatirəsi əbədiləşdirildi - FOTOLENT

2021-ci il iyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.

Lent.az məlumat verir ki, onların adları “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.

Şəhidlərimizin ruhuna “Quran” oxunub, ehsan verilib.

# 1629
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar