Lökbatanda su olmayacaq.
Lent.az-a ADSEA-dan bildirilib ki, yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar 2 iyun gecə saatlarından 4 iyun günorta saatlarına qədər Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk.